Azərbaycandan Gürcüstana səfər edən qonaqlar Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkiblər

Gürcüstanda səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidentinin xanımı Tamar Baqration və Mədəniyyət naziri Tinatin Ruxadze ilə birgə paytaxt Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkiblər. GAXA-nın məlumatına görə, səfər çərçivəsində mədəniyyət muzeyinə baxış keçirən qonaqlar muzeydə Azərbaycanın maraqlı mədəniyyət nümunələri ilə yaxından tanış olublar. Muzeyin direktoru Leyla Əliyevə muzeyin Azərbaycan və Gürcüstan arasında hər iki ölkə arasında tarixi rol oynadığını bildirib. L. Əliyeva qeyd edib ki, 1982-ci ildə bu muzeyin 170 illik yubileyi münasibətilə görkəmli Azərbaycan dramaturqu, ictimai xadim və yazıçı Mirzə Fətəli Axundovun yaşadığı bu buna məhz onun adına Azərbaycan Mədəniyyəti Muzeyi adlandırılıb və fəaliyyət göstərmiş və Azərbaycan mədəniyyətini təbliğ etdirmişdir. Xatırladaq ki, M. F. Axundov tarixən bu binada yaşamış və ömrü boyu burada yaradıcılığını davam etdirmişdir. 
Mirzə Fətəli Axundovun həyatı Gürcüstanla sıx bağlı olub. 1834-cü ildən M. F.Axundov həmişəlik olaraq Tbilisiyə köçür və vəliəhd kanslerliyində Şərq dillərindən tərcüməçi kimi fəaliyyətə başlayır. Eyni zamanda Tiflis paroxiya məktəbində pedaqoji işlə məşğul olub, türk və fars dillərindən dərs deyib. Qeyd edək ki, Axundovun yaradıcılığı Azərbaycan və Yaxın Şərq ədəbiyyatının, ictimai fikrin inkişafında böyük rol oynayıb. Səfər çərçivəsində muzeyə daxil olan həm Azərbaycandan gələn qonaqlar, həm də gürcü mədəniyyətinin görkəmli nmüayəndələri birlikdə xatirə şəkil çəkdiriblər. Sonda muzeyin rəhbərliyi tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim edilib.

GAXA.ge