Yuxarı Saral kəndində İnkişaf və Təhsil Mərkəzinin fəaliyyətinin bir illiyinə həsr olunmuş tədbir keçirildi
28 mart 2026-cı il tarixində Yuxarı Saral kəndində "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin fəaliyyətinin bir illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan mərkəzin koordinatoru Sara İsgəndərova mərkəzin yaranma tarixi haqda ətraflı məlumat verdi. Daha sonra mərkəzin himayədarı, xeyriyyəçi iş adamı Rəhim Hüseynovun tədbir iştirakçılarına ünvanladığı məktubu oxundu. Növbəti olaraq "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov, Yuxarı Saral İctimai Birliyinin rəhbəri Qasım Hadızadə çıxış edərək layihə haqda fikirləri ilə bölüşdülər.
Tədbirin ikinci hissəsində layihə haqda Suleyman Novruzovun hazırladığı video çarx izlənildi. Mərkəzin könüllü müəllimləri Günel Abdullayeva, Aylin Hümbətova, Sinan Balakişiyev, Ruxsara Məmmədova, Emil Allahverdiyev və Aminə Əhmədova çıxışlarında şagirdlərə uğurlar arzu etdilər. Yekunda şagirdlərlə xatirə şəkili çəkdirildi.
GAXA.ge

