Kvemo Kartli bölgəsində yeni məktəblərin tikintisi davam edir

Kvemo Kartli bölgəsində yeni məktəblərin tikintisi davam edir.
Təhsil, elm və gənclər nazirinin müavini Tamar Maxaraşvili infrastruktur naziri Revaz Soxadze və yerli bələdiyyənin nümayəndələri ilə birlikdə tikinti işlərini yoxladı.
Tamar Maxaraşvilinin qeyd etdiyi kimi, ümumi təhsil islahatı çərçivəsində məktəb infrastrukturunun təkmilləşdirilməsi ən vacib prioritetlərdən biridir. Buna uyğun olaraq, Gürcüstan hökumətinin dəstəyi ilə ölkə daxilində genişmiqyaslı işlər davam edir.
Məktəblərin tikintisi Gürcüstan İnfrastruktur Nazirliyi tərəfindən həyata keçirilir. Görülən işlər nəticəsində Kvemo Kartli bölgəsinə beynəlxalq standartlara cavab verən, tam uyğunlaşdırılmış və müasir texnologiyalarla təchiz olunmuş yeni məktəblər əlavə olunacaq.

GAXA.ge