Marneuli Bələdiyyəsinin Araflı kəndində 120 şagirdlik dövlət məktəbi tikilir
Marneuli Bələdiyyəsinin Araflı kəndində 120 şagirdlik dövlət məktəbi tikilir. GAXA-nın məlumatına görə, məktəb ibtidai təhsil (I-VI siniflər) üçün nəzərdə tutulub. Binada sinif otaqları və tədris və təlim prosesi üçün zəruri olan digər məkanlar yerləşəcək.
Məktəb infrastrukturu xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün tam uyğunlaşdırılacaq və onlar üçün əlçatan və inklüziv təhsil mühiti təmin ediləcək.
Araflı Dövlət Məktəbi layihəsi Gürcüstan hökuməti və Dünya Bankının birgə maliyyələşdirməsi ilə həyata keçirilir və layihənin ümumi dəyəri 2,7 milyon laridən çoxdur.
GAXA.ge

