Marneuli Munisipalitetində Zurab Jvaniya adına Dövlət İdarəçiliyi Məktəbinin rəhbərliyi ilə görüş keçirilib
Marneuli Munisipalitetinin meri Daur İsmayılov və merin birinci müavini Qiorqi Qodabrelidze Zurab Jvaniya adına Dövlət İdarəçiliyi Məktəbinin direktoru Mariam Kobiaşvili və direktor müavini Levan Karumidze ilə görüşüblər.
Meriyada keçirilən görüşdə məktəbin nümayəndələri yerli özünüidarəetmənin gücləndirilməsi və ixtisaslı kadrların hazırlanmasını hədəfləyən dövlət idarəetməsi və inzibati proqramı təqdim ediblər.
Görüş zamanı tərəflər Munisipalitet ilə məktəb arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar gələcək əməkdaşlığın Munisipalitetin inkişafına, həmçinin effektiv idarəetmənin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.
GAXA.ge

