Hökümə Xanım! 8 Mart Beynəlxalq Qadınlar Günü təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın...

Çox hörmətli Hökümə Xanım! Yeni yaş gününüz mübarək olsun. Doğumunuzun bir ili də beləcə gəlib çıxdı. Düşünməyin nə tez gəlib çıxdı yeni yaşım. Unutmayın ki bu ötən bir il içində ömrünüzün ən xoş və uğurlu anlarını vətəndə yaşadınız. Yaradıcılıq fəaliyyətinizin illərdir toplanan məhsulu barını verməyə başladı. Yaşayıb çalışdığınız türk məmləkətlərinin həm dövlətlərindən həm də millətindən layiqli dəyərinizi almağa başladınız. Bu Sizin cəmiyyətdə, toplumda buraxdığınız yaddaqalan izdir. Qurdunuz ki, iziniz qalsın. Bu eyni zamanda çevrənizdəki yaxınlarınız olan bizlərin diləyi sayəsində kamına yetir bəlkə də...

Doğum günü təbrikləri üçün Sizə arzularımız sonsuzdur. Fəxrimizsiniz. Qürur duyuruq Sizinlə! Uzun illərdir mənə həqiqi dost, həqiqi həmkar və həqiqi bir arxa-dirək oldunuz. Daim Sizə mən də minnətdaram…

Ailənizin üzərindən kölgəniz heç əskik olmasın! Bütün xəyallarınız arzularınızla birlikdə olsun… Daim sevdiklərinizin ətrafında sevgi dolu, xoşbəxt günlər yaşayın! Üzünüzdə hər zaman təbəssüm olsun.

Hökümə Xanım! Qadınlara həsr olunan bu 8 Mart Beynəlxalq Qadınlar Günü bayramında da məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın.

Bu bayram günlərinizdə daim yanınızda olan Aygül və Nəzrin qızımızı da ürəkdən təbrik edir, günəş kimi isti, qar dənəsi kimi şəffaf, yağış kimi saf və təmiz bir həyat arzulayıram. Bayramınız mübarək olsun!

Hökümə Bəhrəm qızı Xəlilova Qırğızıstan Respublikasının əməkdar mədəniyyət xadimi, Türksoy Laureatı, Türkel medianın prezidenti, Beynəlxalq dərəcəli jurnalist, Qırğızıstan dövlət televiziyasının Azərbaycan, Gürcüstan, Türkiyə üzrə təmsilçiliyinin rəhbəri, Mərkəzi Asiya və Türkiyədə bir neçə teleproqramların aparıcısı və müəllifi, Azərbaycanlilar haqqında bir neçə kitabın müəllifi, Altın köprü jurnalının baş redaktoru, Azərbaycan jurnalistlər birliyinin üzvü, Türk Ağsaqqalları İctimai birliyi İdarə Heyətinin üzvü...

Hökumə Xəlilova əməkdar mədənyyət xadimi kimi Qırğızıstanda fəxri ad alan birinci Azərbaycanlı xanımdir. Qırğız Qadınları ensiklopediyasında yer alan tək azərbaycanlıdır.  

Qırğızıstanın və müxtəlif ölkələrin 30-a yaxın orden və medalları ilə təltif olunub.

GAXA.ge