Tea House-da Debat klub fəaliyyətə başladı
Marneulidəki Tea House-da Debat klub fəaliyyətə başladı. Gənclərə uğurlar 
6 Mart 2026-cı il tarixində "Tea House"da kurs iştirakçıları üçün “NİDA” Debat Klubu fəaliyyətə başladı. Debat klub "New Generation" gənclər şəbəkəsinin rəhbəri Emil Allahverdiyev və gənc könüllü Ülviyyə Ağayevanın moderatorluğu ilə keçirildi.
Klubun məqsədi gənclərin dünya görüşünü artırmaq, müzakirə etmə və natiqlik bacarıqlarını inkişaf etdirməkdir.
Oxford sistemi ilə keçirilən klubda aşağıdakı mövzular müzakirə olundu:
Ölkədə TikTok qadağan olunmalıdırmı yoxsa yox?
Süni intellekt məktəblərdə istifadə edilməlidirmi?
Tədbirdə "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov və "Oxu Təhsil Mərkəzi"nin rəhbəri Murad Muradov çıxış edərək klubun fəaliyyətinə uğurlar arzu etdilər. Komandaların çıxışları Jüri olaraq gənc könüllü Zeynəb Nurmamedova tərəfindən qiymətləndirildi.

