Laqodexi Bələdiyyəsinin Qaracalar kəndində 150 ​​şagird yerlik məktəb tamamilə təmir olunub

Laqodexi Bələdiyyəsinin Qaracalar kəndində 150 ​​şagird yerlik məktəb tamamilə təmir olunub. GAXA-nın məlumatına görə, məktəb sinif otaqları, tədris və təbiət elmləri laboratoriyası, eləcə də informasiya və kommunikasiya texnologiyaları məkanları ilə təchiz olunub. Təmir olunmuş binada çoxfunksiyalı və idman zalı, həyətdə isə oyun meydançası yerləşir. Məktəbin infrastrukturu xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün tam uyğunlaşdırılıb.

Qaracalar məktəbi Gürcüstan hökuməti və Dünya Bankının birgə maliyyələşdirməsi ilə təmir edilib.

GAXA.ge