Qardabanidə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılıb
Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anıldı
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri dərin hüzn və ehtiramla keçirildi.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın, eləcə də Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Mərkəzimizin direktoru Çiçək Hüseynova çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olduğunu vurğuladı.
Tarixçi Əvəzxan İsayev, müəllimlər Növrəstə Məhərrəmova, Nəsib Nəsibov və yazar Mustafa Sədi oğlu çıxışlarında faciə qurbanlarının xatirəsinin yaşadılmasının vacibliyini qeyd etdilər. Tədbirdə Azərbaycan dili müəllimimiz Sevda Şahverdiyevanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya təqdim olundu, “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş etdirildi. Şagirdlərimiz duyğulu şeirlər səsləndirdilər və səhnəciklərlə çıxış etdilər.
Tədbirdə valideynlər, şagirdlər və ziyalılar iştirak etdilər.
Xocalı şəhidlərinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
GAXA.ge

