Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) BMT modeli ekoloji konfrans keçirdi
21 Fevral 2026-cı il tarixində Tbilisi şəhərində "Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi"nin (GASU) təşkilatçılığı ilə “MODEL UN CONFERENCE” Ecology & Green Energy 2026 keçirildi. Konfrans BMT modelində keçirildi və Ekologiya və Yaşıl Enerji problemlərinin həlli yolları və müzakirəsinə həsr olunmuşdu. Layihənin məqsədi tələbələrdə liderlik keyfiyyətlərini, komanda işində praktik tapşırıqlar vasitəsi ilə komanda işi bacarıqlarını gücləndirmək, həmçinin onları dünyadakı EKOLOJİ problemlər haqda məlumatlandırmaq olub. Tədbirdə əsas məqsəd YAŞIL ENERJİyə keçid və bu yöndə görülən innovativ yeniliklər haqda məlumatlandırmaq idi. Tədbirin açılışını Baş Assambleyanın Prezidenti Emil Allahverdiyev başlayıb. Daha sonra "Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi"nin rəhbəri Aytəkin Allahverdiyeva çıxış edərək gənclərə və konfransa uğurlar arzulayıb. Konfransda münsiflər heyyəti olaraq iştirak edən "OXU Təhsil Mərkəzi"nin direktoru Murad Muradov, "Gürcüstan Texniki Universiteti"nin professoru Emilia Alaverdova və "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov konfrans haqda fikirlərini bildirdilər, bu tip tədbirlərin tələbələrin inkişafında rolundan danışdılar. Konfransda 37 ölkənin şərti nümayəndəsi təmsil olunub. Hər bir nümayəndə onlara ayrılmış 1 dəqiqəlik çıxış zamanı öz ölkəsinin ekologiji vəziyyəti və yaşıl enerjiyə keçidi haqda əsas problemləri və digər ölkələrdən gözləntiləri barədə danışdılar. Daha sonra iştirakçılar 6 qrup şəklində aşağıdakı mövzularda müzakirələr apararaq yekun qərarlar əldə etdilər.
1. Yaşıl və zəngin donor ölkələr
2. Böyük sənaye və emissiya ölkələri
3.
İqlimdən zərər görən ölkələr
4.
Enerji və resurs ölkələri
5.
Ada və iqlimə həssas ölkələr
6.
Regional səviyyədə güclü ölkələr
Müzakirələr
zamanı böhranın ölkələrə təsiri, mümkün birgə addımlar, eyni zamanda maliyyə və
texnologiya dəstəyi məsələləri müzakirə olundu. Hər qrup 3–5 maddədən ibarət
qısa qətnamə hazırladı. Daha sonra yekun müzakirə keçirildi və Baş Assambleya
üzvləri yekun qətnaməni qəbul edərək imzaladılar. Sonda iştirakçılara
sertifikatlar təqdim olundu, həmçinin 5 nəfərə "GASU" üzvlük kartı təqdim
edildi.
Konfransda beş ölkənin şərti nümayəndəsi qalib seçildi.
Vyetnam
– Nəzrin Turabova, Səudiyyə Ərəbistanı – Dinar Əhmədov, Çin – Kamran Paşayev
Qatar – Ülviyyə Ağayeva, Cənubi Koreya – Zeynəb Nurmamedova.
Konfransın yekununda, yaxın gələcəkdə bu formatda fəaliyyətlərin davam etdirilməsinə qərar verildi.
GAXA.ge

