Akif Nağının yeni kitabı çapdan çıxıb
Azad Vətən Partiyasının sədri, eyni zamanda dosent, tarix üzrə fəlsəfə doktoru, tariximizə dair bir sıra kitab və məqalələrin müəllifi Akif Nağının yeni kitabı işıq üzü görüb. Məlumata görə, Akif Nağının “Azərbaycan dövlətinin tarixi (Qədim dövrlərdən erkən orta əsrlərə qədər) adlı kitabı ingilis dilində ABŞ-ın Boston şəhərində çapdan çıxıb.
Akif Nağı ilə söhbətimizdə o bildirdi ki, bu kitabdan öncə, 2025-ci ildə 600 səhifəlik "Azərbaycan tarixi (Ən qədim dövrlərdən müasir dövrə qədər)" adlı kitabı çapdan çıxıb və Bostonda çap olunan kitab bu kitabın bir hissəsidir:”
Kitabın Azərbaycan variantına rəy verənlər tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru İsmayıl Musa, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdidir.
Ümumiyyətlə bu kitabın müəyyən məqamları tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix üzrə fəlsəfə doktoru Boran Əziz, UNESCO-nun assosiativ professoru Rizvan Hüseynov və digərləri ilə məsləhətləşdirilib.
Belə kitablar nəşriyyatın qaydasından asılı olaraq ABŞ Konqresinin kitabxanasına yerləşdirilir. Hələlik bizə kitabın PDF variantı göndərilib və bir neçə müddətdən sonra kağız variantı da göndəriləcək”.
GAXA.ge

