Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız vəfat edib

Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib. GAXA-nın Azərbaycan mətbuatı Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib.

Qeyd edək ki, A.Kərimova yaşadığı Marneuli rayonunda baş vermiş qəzada ağır yaralanmışdı.

GAXA.ge