Şəhid jurnalist Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəmanımız İsrafil Şahverdiyevin şəhid olduğu gündür

Şəhid jurnalist Salatın Əsgərovanın qatillərini ələ keçirən Milli Qəhrəmanımız İsrafil Şahverdiyevin şəhid olduğu gündür. Dığalar torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda döyüşlərdə iştirak edib və onlarla dığanı məhv etmişdi. 6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün bölüyü ilə döyüşə girmişdi. Əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdi. Onun son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdu. Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ö*lümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilib.