Prezident Pezeşkian universitetdə Azərbaycan dilində çıxış edib

İran prezidenti Məsud Pezeşkian ruhanilərin təzyiqlərinə baxmayaraq çıxışını Azərbaycan dilində davam etdirib.
Prezident Pezeşkian universitetdə Azərbaycan dilində çıxış edərkən bir qrup ruhani tərəfindən narazılıqla qarşılanıb. Lakin o, təzyiqlərə məhəl qoymadan yenidən səhnəyə qayıdıb və nitqinə Azərbaycan dilində davam edib.
Pezeşkian hətta etiraz edən ruhanilərdən birinə "əyləşin" deyərək cavab verib. Maraqla qarşılanan hadisənin sonunda bəzi ruhanilər də auditoriyaya Azərbaycan dilində müraciət etməyə başlayıblar.
GAXA.ge