Tbilisidə idman karatesi üzrə "Karate 1 Seriya A" beynəlxalq turniri keçirilib

Cari ilin 9-11 yanvar tarixləri arasında Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Tbilisi şəhərində idman karatesi üzrə "Karate 1 Seriya A" beynəlxalq turniri keçirilmişdir.
Sözügedən beynəlxalq turnirdə dünyanın 70-dən çox ölkəsindən olan 1200-dək karateçi iştirak etmişdir.
Karate üzrə Azərbaycan milli komandasının üzvü, karateçi Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində qadınlar arasında gümüş medal qazanaraq kürsünün ikinci pilləsində qərarlaşmışdır.
Bu münasibətlə karateçimiz Mədinə Sadıqovanı, məşqçiləri və milli komandamızın bütün üzvlərini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzu edirik.

GAXA.ge