Bu gün ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın bu gün anım günüdür
Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.
1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib.
Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qeyd edək ki, Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. Ruhun şad olsun, Salatın xanım! Məkanınıız cənnət olsun! Allah rəhmət eləsin!

GAXA.ge