İran prezidenti Məsud Pezeşkian:- Adını qoydum Rəşid – birini de, birini eşit
Bu gün İran prezidenti Məsud Pezeşkian “İslam
Şuralarının Mövqeyi və Xalqın Konstitusiyada İştirakı” mövzusunda keçirilən
konfransda çıxış edərək, ona ünvanlanan tənqidlərə münasibət bildirib.
Pezeşkian deyib ki, tənqidlərə qulaq asıb və
onları dinləyib, lakin indi özünün danışmaq vaxtıdır: “Siz danışdınız, tənqid
etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda, siz də qulaq
asın. Dediklərimə üzünü turşutmaq lazım deyil".
Prezident çıxışının davamında onu tənqid edənlərə
Azərbaycan dilində atalar sözü ilə cavab verib: “Adını
qoydum Rəşid – birini de, birini eşit”.
GAXA.ge

