DİN Marneulidə qətl hadisəsi ilə bağlı cinayət işi açıb - bir nəfər həbs edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsi və Türkiyə Respublikasının Artvin əyalətinin əməkdaşları birgə əməliyyat çərçivəsində Kartsaxi sərhəd sektorunda 2002-ci il təvəllüdlü bir şəxsi qətlə cəhd və qanunsuz odlu silah əldə etmək, saxlamaq və gəzdirmək ittihamları ilə həbs ediblər. GAXA-nln məlumatına görə, bu barədə DİN bildirib. Agentliyin məlumatına görə, istintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs Marneulidəki zərgərlik mağazasında ata və oğulu odlu silahla vuraraq yaralayıb və hadisə yerindən qaçıb.
"Yaralılar tibb klinikasına aparılıb və
orada onlardan biri aldığı yaralardan ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən
aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətkarın
şəxsiyyəti tezliklə müəyyən edilib və ona qarşı qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış
tədbirləri görülüb.
Yuxarıda qeyd olunan cinayət işi üzrə istintaq
20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 19-109 və 236-cı maddələrlə
davam edir.
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin,
eləcə də Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə əməliyyat əməkdaşlığına
görə təşəkkür edirik. Gürcüstan tərəfini cinayətkarlığa qarşı mübarizə
prosesində Türkiyənin hüquq-mühafizə orqanları ilə sıx və səmərəli tərəfdaşlıq
bağlayır. Bu əməkdaşlıq çərçivəsində bir sıra cinayətlər, o cümlədən ağır cinayətlər
onlarla əlaqələndirilərək açılıb", - deyə açıqlamada bildirilir.
GAXA.ge

