Gürcüstanda sürücülər ilə bağlı yeni qaydalar və tələblər qüvvəyə minib
Gürcüstanda 2026-cı ilin yanvar ayının 1-dən etibarən nəqliyyat vasitələrinin yaratdığı həddindən artıq səs-küyə görə sürücülər cərimələnəcək. GAXA-nın məlumatına görə, mətbuatda qeyd olunan yeni qaydalar bütün nəqliyyat növlərinə aid olunur. Bu barədə Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
Yeni qanuna əsasən, icazə verilən normadan artıq səs-küy yaradan nəqliyyat vasitəsini idarə edən sürücülər 100 lari məbləğində cərimə olunacaqlar.
Məlumatda bildirilib ki, nəqliyyat vasitələrinin qayda pozuntusu təkrarlandığı halda cərimə 200 lariyə, üçüncü və sonrakı hallarda isə 300 lariyə qədər artırılacaq.
Qeyd edək ki, bu qərarın məqsədi şəhərlərdə səs-küy səviyyəsinin azaldılması, əhalinin rahatlığının təmin olunması və yol hərəkəti təhlükəsizliyinin artırılmasıdır.
Bildirilib ki, qəbul olunan yeni qaydalar və tələblər bütün nəqliyyat vasitələrinə aid olunacaq.
GAXA.ge

