AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov “Persona-2025” nominasiyasının qalibi seçilib
Bu gün Gürcüstanda “Persona-2025” nominasiyasının qalibləri müəyyən olunub. GAXA-nın məlumatına görə, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərən təcrübəli jurnalist Xətayi Əzizov jurnalistlər arasında “Persona 2025” nominasiyasının qalibi olub.
Bildirilib ki, bu gün “Persona 2025”
nominasiyasının qalibi seçilib və təqdimetmə mərasimində qaliblər elan olunub.
Bu il Gürcüstanda fəaliyyət göstərən yerli və
xarici informasiya agentlikləri və televiziyaları arasında da seçim keçirilib. Mərasimdə
münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi –
AZƏRTAC-ın Gürcüstandakı əməkdaşı Xətayi Əzizov “Persona-2025”in mükafatına
layiq görülüb.
Müsabiqənin təşkilat komitəsinin rəhbəri,
“İnternational George” təşkilatının direktoru Nino Şalamberidze bildirib ki,
AZƏRTAC Gürcüstanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında
obyektivliyi, məlumatların düzgünlüyü və qərəzsizliyi prinsiplərini qoruyub,
eyni zamanda, Gürcüstan-Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində
xüsusilə fərqlənib.
Qeyd edək ki, Gürcüstanda Azərbaycanla yanaşı,
Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, Fransa və İranın nüfuzlu agentliklərinin
təmsilçiləri fəaliyyət göstərirlər.
GAXA.ge

