Vəzifə şan-şöhrət deyil, böyük məsuliyyətdir
Vəzifə şan-şöhrət deyil, böyük məsuliyyətdir. Hətta kiçik bir müəssisəyə rəhbərlik edən şəxs belə bu məsuliyyəti dərk etdikdə, vicdanla xalqına və dövlətinə xidmət etdikdə, dəyişən şərtlərdən və yaranan situasiyalardan asılı olmayaraq həmişə arxayın və sabit qala bilir.
Hörmətli xanımlar və cənablar, dövlət qulluğunun mahiyyəti şəxsi maraqlara deyil, dövlətə və xalqa xidmətə əsaslanır. Bu prinsipə sadiqlik həm idarəetmədə, həm də işgüzar mühitdə davamlılığı təmin edir.
Son günlər bəzi şəxslərdə narahatlıq və gərginliyin artması müşahidə olunur. Bu, bir daha göstərir ki, hər kəs gördüyü işin məsuliyyətini vaxtında və tam şəkildə dərk etməli, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir. Əks halda yaranan gərginliklərin heç biri nə fayda verir, nə də məqsədə xidmət edir.
Müəllif: Fətəli Axubdzadə
GAXA.ge

