Bu gün Giorqoba bayramı münasibətilə Qax rayonunda təntənəli tədbir keçirilib
23 noyabrda Giorqoba bayramı münasibətilə Axaltsixe və Tao-Klarceti mitropoliti Teodorun (Çuadze) rəhbərlik etdiyi Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycan Respublikasının Qax rayonuna səfər etdi.
Bayram liturqiyasında Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze öz əməkdaşları ilə birlikdə iştirak etdilər.
Qeyd edək ki, Qax rayonunun icra hakimiyyətinin yeni təyin olunmuş başçısı Elvin Paşayev və onun müavini Elbrus Tağıyev, eləcə də Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin regional nümayəndəliyinin rəhbəri İlqar Vəliyev dəvət olunmuş qonaqları və yerli pravoslav icmasını Giorqoba bayramı münasibətilə təbrik etmək üçün kilsəni ziyarət etdilər.
Bayram tədbirləri Qax rayonu gürcü məktəblərinin şagirdlərinin rayon rəhbərliyi və qonaqlar üçün musiqi nömrələri ifa etdiyi təntənəli qəbulla başa çatdı.
GAXA.ge

