Qeka Qeladze və Vilayət Eyvazov Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər və Heydər Əliyev abidəsi önünə əklil qoydular

Gürcüstanın Daxili İşlər Naziri Qeka Qeladze və Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər və Tbilisinin Abanotubani qəsəbəsində yerləşən Heydər Əliyev abidəsi önünə əklil qoydular.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti “112 saylı İctimai Təhlükəsizliyin İdarə Edilməsi Mərkəzi”ni ziyarət etdi və burada Daxili İşlər Nazirliyinin nümayəndələri qonaqları bölmənin fəaliyyətinin xüsusiyyətləri və infrastrukturu ilə ətraflı tanış etdilər.
Rəsmi səfərin sonunda Azərbaycan Respublikasının Daxili İşlər Naziri səmimi qarşılanma və səmərəli görüş üçün gürcü həmkarına təşəkkür etdi.

GAXA.ge