Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb
Gürcüstan paytaxtı Tbilisi şəhərinin ən hündür yerində - Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi bu gün Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.
GAXA.ge AZƏRTAC-a
istinadən xəbər verir ki, şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın
görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.
İşıqlandırma
iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi
qiymətləndirilir.
Tbilisi
televiziya qülləsinin Azərbaycan Bayrağının rəngləri ilə bəzədilməsi sosial şəbəkələrdə
geniş rezonans doğurub və bu görüntü yüzlərlə istifadəçi tərəfindən dəfələrlə paylaşılıb.
GAXA.ge

