Ukraynanın müstəqillik gününə həsr olunmuş Milli dua səhər yeməyində Azərbaycan jurnalisti iştirak edib
Bu gün Kiyevdə, maraqlı bir tədbir oldu. Adı
belədir: Milli dua səhər yeməyi. Kiyevin mərkəzi Lavr kilsəsində oldu. Tədbir Avropanın bəzi ölkələrinin liderləri, siyasiləri, Ukrayna Prezidenti və hərbi
rəhbərliyin iştirakı ilə idi. Azərbaycanlı jurnalist olaraq mən də həmin rəsmi tədbirə
dəvət almışdım. Bu sözləri Ukraynada çalışan və Ukrayna – Rusiya cəbhəsindən
illər boyu xəbərlər yazan istedadlı jurnalist dostum Mübariz Aslanov yazmışdı.
Onun sözlərinə görə, o, ilk belə formatda keçirilən tədbirdə iştirak edib. Rəsmi
tədbir Ukraynanın Dövlət Müstəqillik gününə həsr olunmuşdu.
Belə bir rəsmi tədbirə qatılan Azərbaycanlı
jurnalist olaraq uzunmüddətli fəaliyyətinə görə, Ukraynada çalışan fədakar və
istedadlı, əziz jurnalist dostuma uğurlar arzulayıram.
Hörmətlə, Azərbaycanın Əməkdar jurnalisti, Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) rəhbəri Nizami Məmmədzadə
GAXA.ge

