Donald Tramp şəxsi imzası olan fotoları Prezident İlham Əliyevə hədiyyə edib
Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında paylaşım edib.
"Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm." Donald J. Trump

