Gürcüstanda iki nəfər dələduzluq ittihamı ilə həbs edilib
Gürcüstan Prokurorluğu iki nəfərə qarşı bir qrup şəxsin qabaqcadan əlbir olması ilə dələduzluq yolu ilə xüsusilə külli miqdarda vəsaiti mənimsəməyə cəhddə ittiham olunub. GAXA-nın məlumatına görə, bu məlumatı Gürcüstan Prokurorluğu yayıb.
“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları kimi Tbilisi meriyasından tikintiyə icazə almağa çalışan vətəndaşla görüşüb və onu inandırıb ki, onlar özlərinin guya rəsmi təsir imkanlarından istifadə edərək ondan çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə almaqda köməklik edə biləcəklər və bunun üçün ondan 700 dollar tələb ediblər.
İstintaq orqanının əməkdaşları tələb olunan məbləğin bir hissəsini aldıqdan sonra təqsirləndirilən şəxsi yerindəcə saxlayıblar. Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 19-cu maddəsi, habelə 180-ci (özgənin əmlakını dələduzluq yolu ilə külli miqdarda ələ keçirməyə cəhd, şəxslər tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsinin 2 və 3-cü hissələri ilə ittiham olunublar. Artıq prokurorluq saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət qaldırıb”, - deyə prokurorluğun məlumatında bildirilir.
GAXA.ge

