Şərur rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib
24 iyul 2025-ci il tarixində Şərur rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirə başlamazdan əvvəl iştirakçılar Şərur Rayon Mədəniyyət Sarayının foyesində Qərbi Azərbaycana həsr olunmuş foto və kitab sərgisinə baxış keçiriblər. Sərgidə Qərbi Azərbaycana məxsus tarixi, mədəni və etnoqrafik irsi əks etdirən materiallar nümayiş olunub.
Tədbirin rəsmi hissəsi Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, bu nəşr, cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş, Qərbi Azərbaycanda xalqımıza məxsus maddi-mənəvi irsin – xüsusilə qəbiristanlıqların məqsədli şəkildə dağıdılmasını sənədləşdirən fundamental tədqiqat əsəridir. Kitab Azərbaycan, rus və ingilis dillərində çap olunaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Bu iş yalnız tariximizi işıqlandırmaqla kifayətlənmir, həm də beynəlxalq hüquqi məsuliyyətin əsaslarını ortaya qoyur. Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qərbi azərbaycanlıların keşməkeşli taleyi, tarix boyu yaşadıqları ağrılı-acılı hadisələr və onların doğma yurdlarından zorla deportasiya olunmaları barədə geniş məlumat verib. O bildirib ki, soydaşlarımızın yurd-yuvalarından qovulması təkcə fiziki məskunlaşmanın dəyişməsi deyil, həm də bir xalqın mənəvi travması, yaddaşında dərin izlər buraxan böyük faciədir. Elbrus İsayev çıxışının sonunda bu sahədə görülən işlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, belə təşəbbüslərin həm elmi, həm də ictimai baxımdan olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.Tədbirdə Zeyvə kənd tam orta məktəbinin tarix müəllimi Məhərrəm Rəhimov da çıxış edərək kitabın məzmunu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, kitabda Qərbi Azərbaycan bölgəsinin tarixi, maddi-mədəni irsi, toponimləri və orada yaşamış tanınmış şəxsiyyətlər barədə geniş məlumatlar toplanıb.Sonda Kitabın I cildinin məzmununu əks etdirən təqdimat xarakterli videoçarx nümayiş etdirilərək izləyicilərə təqdim olunub.
GAXA.ge
Tədbirin rəsmi hissəsi Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, bu nəşr, cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş, Qərbi Azərbaycanda xalqımıza məxsus maddi-mənəvi irsin – xüsusilə qəbiristanlıqların məqsədli şəkildə dağıdılmasını sənədləşdirən fundamental tədqiqat əsəridir. Kitab Azərbaycan, rus və ingilis dillərində çap olunaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Bu iş yalnız tariximizi işıqlandırmaqla kifayətlənmir, həm də beynəlxalq hüquqi məsuliyyətin əsaslarını ortaya qoyur.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qərbi azərbaycanlıların keşməkeşli taleyi, tarix boyu yaşadıqları ağrılı-acılı hadisələr və onların doğma yurdlarından zorla deportasiya olunmaları barədə geniş məlumat verib. O bildirib ki, soydaşlarımızın yurd-yuvalarından qovulması təkcə fiziki məskunlaşmanın dəyişməsi deyil, həm də bir xalqın mənəvi travması, yaddaşında dərin izlər buraxan böyük faciədir. Elbrus İsayev çıxışının sonunda bu sahədə görülən işlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, belə təşəbbüslərin həm elmi, həm də ictimai baxımdan olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirdə Zeyvə kənd tam orta məktəbinin tarix müəllimi Məhərrəm Rəhimov da çıxış edərək kitabın məzmunu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, kitabda Qərbi Azərbaycan bölgəsinin tarixi, maddi-mədəni irsi, toponimləri və orada yaşamış tanınmış şəxsiyyətlər barədə geniş məlumatlar toplanıb.
Sonda Kitabın I cildinin məzmununu əks etdirən təqdimat xarakterli videoçarx nümayiş etdirilərək izləyicilərə təqdim olunub.
GAXA.ge

