Məşhur gürcü iş adamı Georgi Ramişvili saxlanılıb

"Silk Road Group", "Silknet" və "Euronews Georgia" da daxil olmaqla bir neçə böyük şirkətin təsisçisi və sahibi olan gürcü biznesmen Georgi Ramişvili saxlanılıb. GAXA-nın məlumatına görə, "Pirveli" telekanalının yaydığı məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi də təsdiqləyib. İdarənin Mətbuat Mərkəzindən verilən mətbuata görə, hava limanında iş adamının əl yükünə baxış keçirilərkən Ramişvili Cinayət Məcəlləsinin 236-cı maddəsi - qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə maddəsi ilə saxlanılıb. İttiham iki ilədək həbs, cərimə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığını nəzərdə tutur. DİN silahın qeydiyyatda olduğunu təsdiqləsə də onu gəzdirmək üçün icazəsinin olmadığını bildirib.

Xatırladaq ki, 2024-cü il noyabrın 30-da - hökumət əleyhinə etirazların başlamasından iki gün sonra "Silknet" və "Silk Road Group" şirkətləri Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəklərini dəstəkləyiblər.

58 yaşlı Georgi Ramişvili telekommunikasiya bazarının liderlərindən olan "Silknet" şirkətinin müşahidə şurasının sədridir.

Ramişvili 2023-cü ildən ABŞ-nin sanksiyaları altındadır. O həmçinin Batumidə "Trump Tower" tikməyi planlaşdırırdı: layihə 2012-ci ildə Mixail Saakaşvilinin rəhbərliyi altında təqdim edilib, lakin sonradan tikinti dondurulub, 2016-cı ildə Donald Tramp ABŞ prezidenti seçiləndən sonra müqavilə pozulub.

GAXA.ge