Türkiyə vətəndaşı qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktlarına görə həbs edilib
Acarıstanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat əldə etmə, saxlama və gəzdirmə faktlarına görə Türkiyə Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü M.A.-nı müəyyən edərək həbs ediblər. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“M.A.-nın Batumi və Xelvaçauri bələdiyyələrində şəxsi və müvəqqəti yaşadığı ünvanda aparılan axtarışlar nəticəsində Patrul Polis İdarəsinin əməkdaşları tərəfindən maddi sübut kimi odlu silah, 14 ədəd canlı patron və bir neçə tapança götürülüb.
Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə faktları üzrə Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə araşdırma aparılır”, - deyə qurumdan bildirilib.
Məlumat üçün bildirək ki, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
GAXA.ge