Azərbaycan Səfiri Faiq Quliyev Belarus Respublikasının Gürcüstanda yeni təyin olunmuş Səfiri Nikolay Roqaşçuk ilə görüşüb
Görüş əsnasında Səfir F.Quliyev, həmkarı N.Roqaşçuku yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Azərbaycanla Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələri, Azərbaycan kapitallı şirkətlər tərəfindən Gürcüstana investisiya qoyuluşu, yerinə yetirilmiş və perspektiv, eləcə də regional əhəmiyyət daşıyan nəhəng layihələr barədə həmkarına məlumat verən diplomat, Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə icra olunan iqtisadi layihələrin bütövlükdə Cənubi Qafqaz regionunun rifahına və təhlükəsizliyinə töhfə verdiyini vurğulamışdır.
Görüş üçün yaradılmış fürsətə görə təşəkkürünü ifadə edən Səfir N.Roqaşçuk, Azərbaycan Respublikasının Səfirliyindəki nəzakət görüşündən məmnun olduğunu qeyd etmiş, eyni zamanda, Cənubi Qafqaz regionunda Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr barədə verilmiş məlumata görə Səfir F.Quliyevə təşəkkürünü bildirmişdir.
Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
GAXA.ge