Qiorqi Qvarakidze baş prokuror vəzifəsinə seçilib
Gürcüstanda yeni baş prokuror vəzifəsinə seçim olub. GAXA-nın məlumatına görə, bu vəzifəyə Qiorqi Qvarakidze seçilib. Məlumata görə, yeni seçki "Gürcü Arzusu"nun plenar iclasında baş tutub. Bildirilib ki, Qiorqi Qvarakidze iyunun 4-də baş prokurorun müvini vəzifəsinə təyin olunmuşdu. Qeyd edək ki, o, təyinatdan sonra baş prokuror səlahiyyətlərini yerinə yetirirdi. Məlumata görə, o, baş prokuror seçkisi zamanı seçkidə yeganə namizəd olaraq iştirak edib. Gürcü mətbuatında bildirilib ki, seçki zamanı onun əleyhinə səs verən olmayıb. Onun lehinə isə Gürcüstan parlamentinin 83 deputatı səs verib.
Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan sabiq baş prokuror Qiorqi Qabitaşvili vəzifəsindən istefa verib.
Onun əvəzində Parlament sədri Şalva
Papuaşvili Qabitaşvilini baş auditor vəzifəsinə namizəd göstərdi. Baş auditor
Cotne Qavlaşvili isə baş nazir İrakli Kobaxidzenin qərarı ilə eks-baş nazir
Bidzina İvanişvilinin dövründə maliyyə naziri olmuş Laşa Xutsişvilinin müavini
təyin edilib.
GAXA.ge