İran və İsrail arasında atəşkəs əldə olunub

İran və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunub. GAXA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabında yazıb. O, qeyd edib ki, atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq:

“Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək. Bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran atəşkəsi başlayacaq və 12-ci saatda İsrail də atəşkəsə başlayacaq. 24-cü saat tamam olanda isə, 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq”, - deyə Tramp qeyd edib.
GAXA.ge