Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində baş nazirinin qərarı ilə ölkədə karantin rejiminin müddəti yenidən uzadılıb. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti bu il (2025-ci il) oktyabrın 1-dək uzadılıb.
Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
GAXA.ge