Tbilisidə XXVII Beynəlxalq Kitab Festivalında soydaşlarımız deyilən azərbaycanlı şair və yazıçıların dəvət edilməsi nəzərə alınmamışdı…
Gürcüstan Milli Kitabxanasında xüsusi önəm daşıyan keçirilmiş tarixi tədbir baş tutdu – Azərbaycanın daimi guşəsinin rəsmi açılışında Azərbaycan və Gürcüstanın rəsmiləri iştirak ediblər. Bu tədbirə dəvət olunanlar xüsusi olaraq seçilmişdi və təəssüf ki, Gürcüstanda yaşayan və azərbaycanlı soydaşlarımız deyilən şair və yazıçılardan ibarət bir çox qələm sahibləri yaddan çıxmışdı. Fəqət, bu qələm sahibləri Azərbaycan guşəsində şair və yazıçılarımızın kitablarından ibarət əsərlərin az da olsa təbliğinə sevindilər. Bu təbliğin millətimizin sözə, kitaba, ədəbiyyata verdiyi dəyərin bir təcəssüm olduğu barədə məlumat da yayımlanmışdı. Əfsuslar olsun ki, Beynəlxalq Kitab Festivalı ərəfəsində Gürcüstanda yaşayan və müxtəlif mövzularda əsərlər yazan azərbaycanlı şair və yazıçıların Azərbaycan və həmçinin Gürcüstan tarixi barədə, ölkələrimizin müstəqilliyi haqqında, əsrin yadgarı Ulu Öndər Heydər Əliyevin şərəfli fəaliyyəti haqqında da yazılan kitablarda dərc olunmuş poemalardan ibarət nəşrlər nəzərdən yayınmışdı. Heç vaxt yaddaşlardan silinməyən erməni vandalızminin vəhşilikləri və azğınlıqları barədə faktlardan ibarət qanla yazılmış Xocalı dəhşətləri haqqında, Vətən torpaqlarının azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Vətən oğullarına həsr olunmuş Gürcüstan əsilli şəhidlərimiz haqqında da yazılmış və Gürcüstanda nəşr olunmuş və şəhid ürəyindən keçən misralardan ibarət, anaların dərdi-kədərindən bəhs edən müxtəlif poeziya nümunələri daxil olunmuş kitabların da xüsusi guşədə yayımlanması və daha çox təbliği olacaq, Gürcüstan və Azərbaycan ictimaiyyəti arasında yaddaşlarda tarixi yer tutmağından bəhs edən nəşrlər yer tutmamışdı. Düşünürük ki, Gürcüstan Milli Kitabxanasında yeni açılmış guşənin təşkilatçıları gələcək illərdə soydaşlarımız deyilən şair və yazıçıların əsərlərindən ibarət yeni nəşrlərin də şərəfli yer tutmasına daha diqqət yetirəcəklər…
GAXA.ge