Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə  Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Bakıda səfərdə olan Gürcüstanın Mədəniyyət naziri Tinatın Ruxadze bildirib ki, bir nazir kimi Gürcüstan mədəniyyətini Bakıda təmsil etmək mənim üçün şərəfdir. Onu da bilmənizi istəyirəm ki, adi bir gürcü kimi mənim üçün bu səhnədə, Heydər Əliyevin adını daşıyan və müasir Azərbaycanın mədəniyyət simvolu olan zalda dayanmaq böyük şərəfdir.

Gürcüstan və Azərbaycan əsrlər boyu sıx mədəni əlaqələri və ənənələri qoruyub saxlayıb. Biz hələ də iki qonşu və dost ölkəyik, yan-yana dayanıb bu münasibətlərin, mədəni dialoqun, irsin qorunmasının keşiyindəyik.

GAXA.ge