Tinatın Ruxadze Azərbaycan Mədəniyyət Naziri Adil Kərimli ilə görüşüb

Bakıda səfərdə olan Gürcüstanın Mədəniyyət naziri Tinatın Ruxadze Azərbaycan Mədəniyyət Naziri Adil Kərimli ilə görüşüb. GAXA-nın məlumatına görə, nazir səfər çərçivəsində açıqlamasında bildirib:

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşdüm. Biz mədəniyyət sahəsində, xüsusilə teatr, kino, balet, folklor, arxeologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik.

Biz, həmçinin, birgə regional konsert layihələri, festivallar, yaradıcılıq sahəsində gənclərin mübadilə proqramlarını müzakirə etdik.

GAXA.ge