Gürcüstandan 96 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Nazirliyin digər struktur bölmələri ilə sıx əməkdaşlıq edərək ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni səmərəli şəkildə təmin edir. O cümlədən, son bir ay ərzində 96 müxtəlif ölkə vətəndaşı ölkədən deportasiya edilib. GAXA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi bildirib.
“Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində bəzi əcnəbi vətəndaşlar Gürcüstanı könüllü, digərləri isə ölkədən məcburi çıxarılıb, ölkədən çıxarılan şəxslərin qanunvericiliyə uyğun olaraq ölkəyə girişi qadağan edilib.
Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Slovakiya və Qazaxıstanın ümumilikdə 96 vətəndaşı Gürcüstandan çıxarılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşların müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasıdır”, - deyə Daxili İşlər Nazirliyi bildirib.
GAXA.ge