Baş nazir İrakli Kobaxidze regionlara yeni təyin olunmuş dövlət nümayəndələri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün hökumət administrasiyasında Regional İnkişaf Naziri Kaxa Güledani ilə birlikdə yeni təyin olunmuş dövlət nümayəndələri ilə görüşüb. GAXA-nın məlumatına görə, baş nazir regional inkişafın xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Regional İnkişaf Nazirliyinin ayrıca qurum kimi yaradılması da bu məsələnin prioritetliyini nümayiş etdirir.
Hökumət başçısının sözlərinə görə, regionların inkişafı ilə bağlı layihələrin səmərəli həyata keçirilməsinə daha da böyük diqqət yetiriləcək və bu prosesdə regionların təcrübəsi, peşəkarlığı, vicdanlılığı ilə seçilən liderlərinin olması vacibdir.
Baş nazir, həmçinin layihələrin keyfiyyətinin və əlaqələndirilməsinin yaxşılaşdırılmasının vacibliyini vurğuladı və yeni təyin olunmuş dövlət nümayəndələrinə uğurlar arzuladı”, - hökumət administrasiyasının bəyanatında deyilir.
GAXA.ge