Baş nazir İrakli Kobaxidze Levan Xarabadzeni Kvemo Kartlinin dövlət nümayəndəsi təyin edib

Baş nazir İrakli Kobaxidze Levan Xarabadzeni Kvemo Kartlinin dövlət nümayəndəsi təyin edib. Məlumata görə, Levan Xarabadze indiyədək Şida Kartlidə dövlət nümayəndəsi vəzifəsini tutub. Onun müxtəlif vəzifələrdə uzun illər iş təcrübəsi var.

O, bu illər ərzində Quriya və Samsxe-Cavaxeti polis idarələrinin, Mtsxeta-Mtianeti polis idarəsinin rəis müavini, Acarıstan Muxtar Respublikası vilayət polisinin rəis müavini olub, həmçinin Tbilisi polis idarəsində müxtəlif vəzifələrdə çalışıb.

GAXA.ge