Mamuka Mdinaradze Daxili İşlər Nazirini əvəz edəcək
Vaxtanq Qomelaurinin daxili işlər naziri vəzifəsindən istefası barədə qərar qəbul edilib və onu bu vəzifədə hakim partiyanın parlament çoxluğunun lideri Mamuka Mdinaradze əvəz edəcək.
GAXA-nın məlumatına görə, bu barədə “Formula” telekanalı Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, daxili işlər
nazirinin müavinləri səviyyəsində də dəyişikliklər gözlənilir.
GAXA.ge