Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya
Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib. AZƏRTAC
xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və
birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər
rəsmi şəxslər qarşıladılar.


