Badri Naçkebia: Nə qədər ki, Azərbaycan torpaqlarında minalar qalır, illər keçsə də sülh olmayacaq

"Bu gün nə qədər ki, Azərbaycan ərazilərində minalar qalır, illər keçsə də sülh olmayacaq. Azərbaycanın Ermənistan ilə maksimum danışıqlarına baxmayaraq, hələ də minalar qalmaqdadır. Xalq isə neçə-neçə illər dolandıqca bu minalardan əziyyət çəkəcəklər." GAXA-nın məlumatına görə, bu barədə müxbirimizə açıqlamasında Terrorizm və Problemlərin Araşdırmaları Mərkəzinin sədri, politoloq Badri Naçkebia bildirib. O, dünən Tbilisidə keçirilən beynəlxalq konfransda da bu mövzu haqqında danışıldığını qeyd edib.
 
Badri Naçkebia dünən baş tutan beynəlxalq konfransın çox vacib əhəmiyyətini vurğulayıb: "Tədbirin əhəmiyyəti odur ki, öncə Gürcüstan auditoriyası konfransda "31 Mart- Azərbaycanlıların Soyqırım Günü" və digər mövzular ilə yüksək səviyyədə tanış olub. Biz, həmçinin ötən əsrin uzaq olmayan 1918-ci ilinin acı dərsi olan soyqırım ilə tanış olduq və təəssüf ki, biz əvvəlcədən bu faciə ilə tanış deyildik. Keçmişin böyük dərsi haqqında vaxtında bizim məlumatımız olsaydı, Qarabağda olan kimi faciələr olmazdı."

Badri Naçkebia bildirib ki, eyni zamanda hər iki tərəfdən olan qaçqınlar mütləq geri qayıtmalıdır: "Azərbaycan tərəfi qaçqınların qayıdış prosesinə hazır olduğunu bildirib və bu prosesi dəstəkləyir və Ermənistanı da prosesi dəstəkləməyə çağırır. İndi söz Ermənistanındır."

GAXA.ge