Marneuli rayonundan olan Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib

Azərbaycanın Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib. GAXA-nın məlumatına görə, bu barədə Mətbuat Şurası məlumat yayıb. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən “Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.

Valeh Məhərrəmli “Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

GAXA.ge