Gürcüstan futbolçuları 6: 3 hesabı ilə Ermənistan komandasını məğlub edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Onun gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü baş tutandan sonra hökumət başçıları Gürcüstan və Ermənistanın futbol üzrə milli komandalarının Tbilisidə keçiriləcək cavab qarşılaşmasını birgə izləyiblər.
Məlumata görə, oyunda 6:3 hesabı ilə Gürcüstan futbolçuları Ermənistan komandasını məğlub edib.
Qeyd edək ki, bundan əvvəlki oyun martın 20-də İrəvanda baş tutub və Gürcüstanın Baş naziri də matça baxmağa gedib. Ermənistan komandası 0:3 hesabı ilə Gürcüstan millisinə məğlub olub.
GAXA.ge
