Gürcüstanın baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanı qəbul edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan-Ermənistan futbol matçında iştirak etmək üçün Tbilisiyə səfər edən erməni həmkarı Nikol Paşinyanı qəbul edib. GAXA-nın Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, şəxsi görüş zamanı tərəflər iki ölkənin strateji tərəfdaşlığını və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını bir daha vurğulayıblar.

Həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın xüsusi əhəmiyyəti və regionda sülhün və sabitliyin təmin edilməsində birgə səylərin rolu qeyd edilib.
Bu gün İrakli Kobaxidze və Nikol Paşinyan Gürcüstan və Ermənistan yığmaları arasında keçiriləcək oyunda iştirak edəcəklər. Millətlər Liqasının pley-off mərhələsinin ikinci oyunu “Dinamo Arena”da keçiriləcək.

GAXA.ge