NDU-nun Vaşinqton Universiteti ilə ikili diplom əməkdaşlığı
Naxçıvan Dövlət Universitetində ABŞ-ın Corc Vaşinqton Universitetinin nümayəndə
heyəti ilə görüş keoirilib. GAXA-nın Xalq qəzetinə istinadən məlumatına görə, NDU-nun rektoru Elbrus İsayev və
Corc Vaşinqton Universitetinin təhsil və
insan inkişafı fakültəsinin dekanı Maykl
Foyer iki ali məktəb arasında magistratura
təhsil pilləsi üzrə müzakirə aparıblar. “Səhiyyənin idarə edilməsi” və digər ixtisaslara
dair ikili diplom proqramları, peşəkar inkişaf proqramları, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqatlar, kitabxana bazalarına
inteqrasiya, professional təlim proqramları,
ortaq seminar və konfransların təşkili və
başqa prioritet əməkdaşlıq sahələrinə dair
yol xəritəsi barədə ilkin razılığa gəlinib.
Universitetlər arasındakı əməkdaşlıq
akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə, tərəfdaşlıq imkanlarının
genişləndirilməsi və gələcəkdə təhsil liderlərini hazırlamaq məqsədinə hədəflənib.
Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Naxçıvan Dövlət
Universiteti ilə xarici ölkələrin ali təhsil
müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili”
tədbirinin icrası məqsədilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında
ikili diplom barədə ilkin razılıq əldə edilib,
Əməkdaşlıq Memorandumu imzalanıb.
Əməkdaşlığın icrası və gələcək layihələrin reallaşdırılması məqsədilə hər iki
ali təhsil müəssisəsi nəzdində icraya məsul
işçi qrupların yaradılmasına qərar verilib.
GAXA.ge (Mənbə: XQ)