Moskvada partlayış baş verib: Sərkisyan yaralanıb
Moskvanın şimal-qərbindəki 29 mərtəbəli yaşayış kompleksində partlayış baş verib. GAXA-nın Azərbaycan mətbuatına istinadən bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu – red.) batalyonunun yaradıcısı, “dxr”in “boks federasiyası”nın prezidenti Armen Naqapetoviş Sərkisyanın mühafizəçisi olduğu bildirilib. Armen Sərkisyan isə ağır yaralanıb.
Bu barədə TASS operativ xidmətlərə istinadla məlumat yayıb. “Sərkisyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun mühafizəçisi ölüb”, – məlumatda qeyd olunub. Faktla bağlı araşdırma aparılır.
GAXA.ge