Nikol Paşinyan ABŞ-a işgüzar səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfərə gedib. Məlumatı Ermənistan mətbuatı yayıb.

“Baş nazir Nikol Paşinyan və xanımı Anna Akopyan fevralın 3-7-də ABŞ-da işgüzar səfərdə olacaqlar”. “Səfər çərçivəsində Nikol Paşinyan Vaşinqtonda keçiriləcək Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində iştirak edəcək”, - media yazır.

Ermənistan baş nazirinin dəftərxanasından verilən məlumata görə, başqa görüşlər də nəzərdə tutulub.
GAXA.ge