Gürcüstanın təhsil, elm və gənclər naziri Azərbaycan səfirinə səmərəli əməkdaşlığa görə təşəkkür edib
Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze Azərbaycan Respublikasının səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib. GAXA-nın məlumatına görə, bu barədə nazirlikdən məlumat dərc edilib. Görüşdə tərəflər iki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini və gələcək planları müzakirə ediblər.
Aleksandr Tsuladze Azərbaycan tərəfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə diqqət çəkərək Faiq Quliyevi Gürcüstanda təhsilin bütün pillələrində aparılan və planlaşdırılan islahatlarla tanış edib.
Nazir Azərbaycan Respublikasının səfirinə səmərəli əməkdaşlığa görə təşəkkür edib və Gürcüstan ilə Azərbaycan Respublikası arasında çoxillik sıx tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasının səfiri öz növbəsində Gürcüstanın təhsil sistemində gedən prosesləri müsbət qiymətləndirib və Gürcüstan tərəfi ilə birgə təhsil layihələri həyata keçirməyə hazır olduğunu bildirib.
Görüşdə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baia Kvitsiani də iştirak edib.
GAXA.ge




